İstənilən aspektdən baxanda Qarabağ məsələsinin həllində, Müstəqil Azərbaycan Dövləti daim birmənalı olaraq müstəqil siyasət yürüdərək danışıqlar prosesinin aparılmasında fəal iştirak etmişdir. Lakin öz müstəqilliyi böyük güclərin əlində olan müstəqil siyasət aparmaq iqtidarında olmayan ermənistan öz təcavüzkar siyasəti nəticəsində, Qarabağın həlli ilə əlaqədar danışıqlardan yayınaraq regionda müharibənin qızışdırılmasında mühüm rol oynamışdır. Prezident Cənab İlham Əliyev hər zaman Qarabağın probleminin həlli, Müstəqil Azərbaycan Dövlətinin işğal olunmuş 20 faiz torpaqlarmızın qeyri-şərtsiz işğaldan azad olunmasında, ictimaiyyətdən gizli saxlanılmadan açıq siyasət aparılmış və bu siyasi gedişdə qətiyyət nümayiş etdirilmişdir. Prezident İlham Əliyevin bir neçə gün öncə Dövlət televiziyasına və yerli televiziyalara verdiyi müsahibədə Qarabağ məsələsinin həllində artıq heç bir danışıqların aparılmadığı qeyd olunmuşdur. Prezident İlham Əliyev qeyd etdiyi kimi «Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan o ölkədir ki, islamafobiya onların dövlət siyasətidir. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq». Əlbəttə, ermənistanın siyasi ipi başqa bir dövlətin əlində olduğu açıq-aydın görünməkdədir. Son bir neçə ay ərzində təcavüzkar ölkəyə Rusiyadan, Serbiyadan, Gürcüstan və İran hava yolları ilə hərbi silah-sursatın daşınması dayanmadan sürətlə ermənistanın silahlandırılması regionda narahatlıq doğurur. Son günlər cinayətkar ermənilərin baş naziri N.Paşinyanın Qarabağda sərhədyani bölgələrə gələrək cinayətkar hərbi birləşmələrlə görüşlər keçirməsi, bu azmış kimi, N.Paşinyanın həyat yoldaşı bəzən dırnaq arası özünü «sülh quşu» hesab edən Annanın hərbi təlimlərə qatılması hər kəsdə bu fikiri doğurur ki, ermənilər və təcavüzkar dövlət xoş niyyətlə işğal olunmuş torpaqlarmızın qaytarılmasından yayınaraq, regionda sülhü kölgədə saxlamaq əslində isə müharibəni qızışdırmaq cəhdidir. Hətta bu da azmış kimi, son günlərdə ermənistan tərəfdən Livandan, Suriyadan ermənilərin gətirilərək sürətlə Qarabağda yerləşdirilməsi artıq onu deməyə əsas verir ki, ermənilər işğal olunmuş torpaqlardan çıxmaq niyyətindən yayınaraq əslində burada öz məkirli siyasətlərini yürütməklə doğma torpaqlarmızda erməni köçü təşkil edərək bu torpaqlarda özlərini möhkəmləndirirlər. Ermənistanın siyasəti özü Beynəlxalq konvensiyalara zidd əməldir. Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi; «İşğal olunmuş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir». Bütün bu yuxarda qeyd olunarın yekunu olaraq vətəndaş olaraq Prezident İlham Əliyevin Qarabağın işğaldan azad olunması naminə apardığı siyasət daim ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş dövlət başçısının bu mövzuda kəskin mövqeyi xalq tərəfindən dəstəklənmişdir. Qarabağın işğaldan azad olunması artıq bütöv xalq hərakatına çevrilmiş və bütün xalq bu təcavüzə son qoyulması naminə Dövlətin yanında olduğunu 2020-ci ilin İyul ayında Bakı şəhərində meydana toplaşaraq açıq şəkildə bəyan etmişdir. İstənilən halda müharibə dünyada yaşayan xalqlar Beynəlxalq təşkilatlar tərəfindən daim pislənmiş sülhə meyillilik sülhə çağırışlar təbliğ olunmuşdur. Amma mövcud vəziyyətdə ermənistan təcavüzkarlığı davam etdirməklə dözülməz vəziyyət yaratmış, hazırda 20 faiz torpaqlarmızın işğal atında saxlamaqla bir milyondan qaçqın və məcburi köçkünlərmizin öz doğma yurdundan evindən qovulması belə desək dövlətimizin səbrini daşıraraq müharibəni qaçılmaz etmişdir. Dövlətimizin qüdrəti güclü ordusu tezliklə başlayacağımız bu haqq işi uğrunda öz qələbəsi ilə yekunlaşacaığına vətəndaş olaraq əminəm və mənim kimi hər bir azərbaycanlı bu inamla yaşayır. Səbirsizliklə hər birimiz Qarabağda azad olunmuş torpaqlarmızda yüksələcək üç rəngli bayrağımızın sancılacağı günü gözləyirik. O gün çox yaxında olduğuna inanıram çünki, Müstəqil Azərbaycan Dövlətinin güclü Ordusu bu qələbə əzmini bizlərə yaşadacaqdır. Tanrı Prezidentimizi, Dövlətimizi, Ordumuzu qorusun! Aydın Əliyev, Xocalı rayon ziyalısı